İqtisadiyyat
Özəlləşdirmə və icarədən büdcəyə 168,7 milyon manat daxil olub
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 168.7 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində 50 hərrac keçirilib. Hərraclarda yeddi səhmdar cəmiyyətinin səhm paketi, dörd kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 127.1 milyon manat təşkil edib. Bu ilin yanvar-noyabr ayları ərzində 604-ü qeyri-yaşayış, 3 952-si torpaq sahələri üzrə olmaqla 4 556 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 41.6 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 168.7 milyon manat vəsait daxil olub.
Mənbə
oxu.az