İqtisadiyyat

Şuşada yeni yaşayış binalarının tikintisinə 16 milyon manat ayrıldı

11 Dec 2025, 16:54 1 baxış
Şuşada yeni yaşayış binalarının tikintisinə 16 milyon manat ayrıldı
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaşayış binalarının tikintisi işlərinin satın alınması üçün tender elan edib. Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan ümumi dəyəri 15.97 milyon manat (15 970 776.37 AZN) təşkil edir. Şərtlərə görə, Şuşanın D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd (1, 2, 3, 4, 5 və 6 nömrəli) dörd mərtəbəli binalar tikiləcək. Tenderə 28 yanvar 2026-cı il tarixində yekun vurulacaq. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər