İqtisadiyyat

İlin ilk 11 ayında 249 yeni dövlət standartı qəbul edilib

10 Dec 2025, 18:00 1 baxış
İlin ilk 11 ayında 249 yeni dövlət standartı qəbul edilib
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) "Standartlaşdırma haqqında" Qanun və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq 249 yeni dövlət standartını qəbul edib. Oxu.Az AZSTAND-a istinadən xəbər verir ki, sahibkarların sifarişi əsasında 124 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb. Son 11 ay ərzində qida texnologiyası və kənd təsərrüfatı üzrə 48, tikinti materialları üzrə doqquz, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 30, neft-qaz və əlaqəli texnologiyalar üzrə 17, ətraf mühit üzrə 21, nəqliyyat sahəsi üzrə doqquz, idarəetmə və keyfiyyət üzrə 20, rezin və plastik sənaye üzrə iki, zərgərlik sahəsi üzrə dörd, tekstil və dəri texnologiyası üzrə 16, əməyin təhlükəsizliyi üzrə 60, metrologiya, ölçmə sistemləri və cihazlar üzrə altı, kimya texnologiyası sahəsi üzrə üç, qablaşdırma, kağız, karton sahəsi üzrə üç, səhiyyə və tibb sahəsində bir dövlət standartı qəbul edilib. Hesabat dövründə 84 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 62 dövlət standartı ləğv edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər