İqtisadiyyat

DOST Agentliyi 5,2 milyon manata bina icarəyə götürdü

10 Dec 2025, 16:28 1 baxış
DOST Agentliyi 5,2 milyon manata bina icarəyə götürdü
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tabeliyində olan "Rəqəmsal İnnovasiyalar Mərkəzi" üçün inzibati bina sahəsinin icarəsi üzrə tenderin qalibini açıqlayıb. Oxu.Az xəbər verir ki, satınalma üzrə qalib Validə Rəhim qızı Vəliyeva olub. İcarə xidmətin dəyəri 5 milyon 241 min 600 manat təşkil edir. Şərtlərə görə, icarəyə götürüləcək bina Bakı şəhəri, Zona 3-də yerləşməli, ümumi sahəsi ən azı 7 800 m², azı 85 otaq, daimi kommunikasiyalar, generator, havalandırma və yanğınsöndürmə sistemləri, eləcə də ən azı iki lift ilə təmin olunmalıdır. İcarə müddəti 28 ay müəyyən edilib. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər