İqtisadiyyat

SOCAR "MVM ONEnergy" ilə qaz təchizatına dair yeni saziş imzalayıb

10 Dec 2025, 16:39 1 baxış
SOCAR "MVM ONEnergy" ilə qaz təchizatına dair yeni saziş imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni imzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, bu saziş bu gün SOCAR prezidenti Rövşən Nəcəfin "MVM Group"un baş icraçı direktoru Karoli Matrayla görüşündə imzalanıb. Məlumata görə, 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycanla Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir. Təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir. Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari layihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerji həlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər