İqtisadiyyat
Sənayedə təhlükəsizliyə və ətraf mühitin qorunmasına dair üçtərəfli memorandum imzalanıb
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası, Dövlət Neft Şirkəti (SOCAR), Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa dair üçtərəfli Anlaşma Memorandumu təsdiq edilib. Oxu.Az xəbər verir ki, sənəd Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində imzalanıb. Memorandumu Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanlı, SOCAR-ın əməliyyat dəstəyi, sağlamlıq və təhlükəsizlik üzrə vitse prezidenti Fuad Musayev və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə imzalayıb.
Mənbə
oxu.az