Siyasət
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək. Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir. Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.
Mənbə
oxu.az