Siyasət
Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı"
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıda duran vəzifələri müəyyənləşdirdi və Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev YAP-ın VIII Qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qurultay Azərbaycanın və xalqın həyatında olduqca əlamətdar hadisədir: "Prezident İlham Əliyev orada çox əhəmiyyətli məsələləri vurğuladı və proqram xarakterli çıxış etdi. Qarşıda duran vəzifələri göstərdi və təkcə bizə göstərmədi, həm də dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan öz torpaqlarını özü işğaldan azad edən və özü bərpa edən dövlətdir". Komitə sədri əlavə edib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davam edir: "Gələn ildən həm əməkhaqqıları artacaq, həm də pensiyalar, müavinətlər artacaq. Bu da əhalinin sosial rifahına müsbət təsir edəcək".

Mənbə
oxu.az