Siyasət
Bakıda kosmetoloji vasitələrin satışı anbarının FƏALİYYƏTİ DAYANDIRILDI
Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 55 ünvanında yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Qeyd olunub ki, anbardakı yanğın təhlükəli mallar daşınıb kənarlaşdırılmaqla binanın təhlükəsizliyi təmin edilib və yol verilmiş nöqsanlara görə obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunaraq, bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Mənbə
oxu.az