Siyasət

Azərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilib

09 Dec 2025, 17:42 1 baxış
Azərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilib
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, qardaş ölkənin nümayəndə heyəti ilə Bakıda işçi görüşü keçirilib. Oxu.Az xəbər verir ki, mövcud və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş görüş barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, toplantıda HHQ sahəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi, birgə təlim, təcrübə mübadiləsi, texniki və əməliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar və HHQ-nin fəaliyyətindən bəhs edən brifinq təqdim olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər