İqtisadiyyat

SOCAR bu il mənfəətini 14 faiz artırıb

09 Dec 2025, 17:52 1 baxış
SOCAR bu il mənfəətini 14 faiz artırıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin yanvar-iyun aylarında 1 milyard 761 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə (1 milyard 550 milyon manat) müqayisədə 14% artıb. Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə şirkətin satışdan gəlirləri 5.7% azalaraq 42 milyard 500 milyon manata düşsə də, satışının maya dəyəri bundan çox - 12.6% azalaraq 36 milyard 127 milyon manata düşüb. Son nəticədə şirkətin ümumi mənfəəti 71.9% artaraq 6 milyard 373 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə şirkətin satışdan gəlirləri 45 milyard 54 milyon manat, satışının maya dəyəri 41 milyard 347 milyon manat olmuşdu. Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 96 milyard 470 milyon, öhdəlikləri isə 47 milyard 144 milyon manat təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər