İqtisadiyyat

Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı dörd dəfə artıb

09 Dec 2025, 18:00 1 baxış
Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı dörd dəfə artıb
2025-ci ilin üçüncü rübündə ölkədaxili bank kartı fırıldaqçılıq əməliyyatlarının həcmi 1 185 101 manat təşkil edib ki, bu da əvvəlki rüblə müqayisədə 3.4 dəfə çoxdur. Ölkəxarici əməliyyatlarda isə bu göstərici 28.4% azalaraq 308 min 668 manata düşüb. Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, fırıldaqçılıq üzrə ölkədaxili əməliyyatların sayı 3.9 dəfə artaraq 7 669 hadisəyə çatıb, ölkəxarici əməliyyatların sayı isə 59.6% artaraq 3 668 hadisə təşkil edib. Bu halların əksəriyyəti kart istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verib. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər