Siyasət

Kamal Abdullaya bu ölkədə fəxri doktor adı təqdim olundu

09 Dec 2025, 17:13 1 baxış
Kamal Abdullaya bu ölkədə fəxri doktor adı təqdim olundu

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullaya Moldova Respublikasının Kişinyov Pedaqoji Universitetinin fəxri doktoru və universitetin ən yüksək mükafatı olan “İon Kryanqe” medalı təqdim olunub.


Bu barədə Axar.az-a ADU-dan məlumat verilib.


Məlumata görə, təqdimat mərasimində Kişinyov Pedaqoji Universitetinin rəhbərliyi və nümayəndə heyəti iştirak ediblər.


Görüş zamanı Kişinyov Pedaqoji Universitetində “Azərbaycan dili və mədəniyyəti” mərkəzinin fəaliyyətə başlaması və universitetlər arasında elmi, mədəni əməkdaşlığın qurulması ilə bağlı anlaşma memorandumu imzalanıb.


ADU-nun rektoru, akademik Kamal Abdulla göstərilən yüksək etimada və dəyərə görə Kişinyov Pedaqoji Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər