İqtisadiyyat

FHN Cəbrayılda inzibati binanın tikintisinə yenə 3,2 milyon manat ayırdı

09 Dec 2025, 16:12 1 baxış
FHN Cəbrayılda inzibati binanın tikintisinə yenə 3,2 milyon manat ayırdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsi Cəbrayıl rayonunda Dövlət Yanğından Mühafizə Xidmətinin üççıxışlı yeni inzibati binasının tikintisi ilə bağlı tender prosedurunu yekunlaşdırıb. Oxu.Az xəbər verir ki, müsabiqənin qalibi "Azəri Biznes" MMC olub. Tenderin məbləği 3 milyon 196 min 125.86 manat təşkil edir. Tikinti işlərinə üççıxışlı yanğın deposu binasının və ona bitişik ərazinin torpaq işləri, qazıntı, doldurma və digər infrastruktur hazırlığı daxildir. Qeyd edək ki, daha əvvəl də eyniadlı şirkət Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üççıxışlı inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə açıq tender müsabiqəsində qalib olmuş və 3 milyon 200 min 426.42 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər