Siyasət

Bakıda partlayış olan villa Səhlab Bağırovun qardaşının imiş

09 Dec 2025, 16:10 1 baxış
Bakıda partlayış olan villa Səhlab Bağırovun qardaşının imiş

Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.


Təyyar Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi, general-mayor Səhlab Bağırovun qardaşıdır.


Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

123
Mənbə axar.az

Oxşar Xəbərlər