İqtisadiyyat

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

09 Dec 2025, 14:44 1 baxış
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələri 50 kiloqramlıq un kisələrinin satış qiymətlərini açıqlayıblar. Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, hazırda topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin qiyməti region və istehsalçıdan asılı olaraq 26.1-28.6 manat aralığında dəyişir. Ən ucuz unu "Dəvəçi-Taxıl" MMC təklif edir: 26.10 manat. Ən baha unu "Azeri-Arapoğlu U.S. və T. LTD" BM (Gəncə şəhəri) təklif edir: 28.6 manat. Qeyd edək ki, ötən ay "Azeri-Arapoğlu U.S. və T. LTD" şirkəti unu 28 manat 40 qəpiyə təklif edirdi. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər