Siyasət

Bakıdakı blok-tıxac necə aradan qaldırıldı?

09 Dec 2025, 14:49 1 baxış
Bakıdakı blok-tıxac necə aradan qaldırıldı?
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində dekabrın 8-də blok-tıxac yaranıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, yaranan sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. Bildirilib ki, qısa müddət ərzində nəqliyyatın ləngiməsinin bitişik digər yollara yayılmasının qarşısı alınıb, hərəkətin fasiləsizliyi təmin olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər