Siyasət
Elnur Əliyev: "Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır"
"Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır. Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir". Oxu.Az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Təhsil İnstitutu mütəmadi olaraq dərsliklərin keyfiyyət ekspertizasını həyata keçirir: "Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayırlar. Eyni zamanda, şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir". Məhərrəm Əliyev
123
Mənbə
oxu.az