Siyasət

Nazir idarə rəisini işdən çıxardı

09 Dec 2025, 13:15 1 baxış
Nazir idarə rəisini işdən çıxardı

Kənd Təsərrüfatı Nazirliyinin Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin Abşeron Regional İdarəsinin rəisi işdən çıxarılıb.


Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Mühasir İmam oğlu Abdullayev vəzifəsindən azad olunaraq, Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktor əvəzi təyin edilib.


Qeyd edək ki, ötən ay Fəda Əli oğlu Abbasov Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru vəzifəsindən azad olunmuşdu.

123
Mənbə axar.az

Oxşar Xəbərlər