Siyasət

Arakçı BDU-da tələbələrlə görüşdü - Foto

09 Dec 2025, 10:18 1 baxış
Arakçı BDU-da tələbələrlə görüşdü - Foto

İranın xarici işlər naziri Abbas Arakçı Azərbaycana səfəri çərçivəsində Bakı Dövlət Universitetində müəllim heyəti və tələbələrlə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.


Görüş zamanı Arakçı İranın diplomatiyaya yanaşması və beynəlxalq məsələlərin həllində dövlətlərarası əməkdaşlıq barədə fikirlərini bölüşüb.


Sonda nazir görüş iştirakçılarına özünün "Danışıqların gücü" kitabının Azərbaycan dilinə tərcümə olunmuş nüsxələrini hədiyyə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər