Siyasət

Abşeronun bəzi ərazilərində işıq olmayacaq

09 Dec 2025, 09:00 1 baxış
Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq ikinci bölmədə təmir işlərinin aparılmasıdır. Əlavə olunub ki, yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər