Siyasət

Özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilmişdi: Hamısı yanıb külə döndü - Biləsuvardakı yanğının TƏFƏRRÜATI

09 Dec 2025, 00:12 1 baxış
Özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilmişdi: Hamısı yanıb külə döndü - Biləsuvardakı yanğının TƏFƏRRÜATI
Biləsuvarın Çinarlı kəndində yanğın baş verib. Kənd sakini Ziyəddin Məmmədova məxsus 4 otaqlı ev əşyaları ilə birgə yanaraq külə dönüb. "Bizim hər şeyimiz bu evdə idi. Bir saatın içində yanıb kül oldu. Şirniyyat bişirməyimiz üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlar verilmişdi. Hamısı yandı", - deyə ev sahibi bildirib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Daha ətraflı Baku TV-nin süjetində:
Mənbə oxu.az

Oxşar Xəbərlər