Dünya

IBM "Confluent" şirkətini satın aldı

08 Dec 2025, 21:42 1 baxış
IBM  "Confluent" şirkətini satın aldı
ABŞ-nin IBM korporasiyası real vaxtda məlumat axınları ilə işləməkdə ixtisaslaşan "Confluent" şirkətini satın aldığını elan edib. Oxu.Az korporasiyanın saytına istinadən xəbər verir ki, IBM "Confluent"in bir səhmi üçün 31 dollar ödəyəcək və bununla da ümumi sövdələşmənin dəyəri 11 milyard dollar təşkil edəcək. Alqı-satqının 2026-cı ilin ortalarınadək tamamlanacağı gözlənilir. IBM üçün "Confluent"in alınması son illərin ən böyük sövdələşməsi olub. IBM-in bəyanatında bildirilir ki, bu addım korporativ generativ süni intellelt üçün məlumatlarla iş üzrə ağıllı platformasının yaradılmasına kömək edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər