Siyasət
Azərbaycan və Slovakiya prezidentləri Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi. Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular. Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az