Dünya
Gürcüstana girişdə yeni qayda tətbiq olunacaq
Yanvarın 1-dən Gürcüstana daxil olmaq istəyən şəxslər üçün yeni qayda tətbiq ediləcək. Oxu.Az Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına istinadən xəbər verir ki, bundan sonra qonşu ölkəyə getmək istəyənlər mütləq tibbi sığortaya malik olmalıdırlar. Sığortası olmayanları sərhəddən buraxmaya və ya onlara qarşı əlavə tələblər irəli sürə bilərlər.
Mənbə
oxu.az