İqtisadiyyat

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır: 850 min manata obyekt satılacaq

08 Dec 2025, 14:12 1 baxış
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır: 850 min manata obyekt satılacaq
Dekabrın 26-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac yolu ilə satışı keçiriləcək. Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hərraca çıxarılacaq əmlaklar arasında torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri yer alır: - Beyləqan rayonu, Qəhrəmanlı kəndi: 8.641 ha torpaq sahəsi - 51 846 manat; - Şirvan şəhəri: 45.5 kv.m qeyri-yaşayış sahəsi - 30 000 manat; - Sabirabad rayonu, Məmişlər kəndi: 0.3386 ha torpaq sahəsi - 2500 manat; - Sabirabad rayonu, Nəsimi kəndi: 0.12 ha torpaq sahəsi - 5000 manat; - İmişli rayonu, Bəhramtəpə qəsəbəsi: "MSDIS Holding" MMC-yə məxsus 1.1583 ha torpaq sahəsi və 612 kv.m qeyri-yaşayış sahəsi - 58 000 manat; - Gəncə şəhəri, "Dostluq" istehsal-kommersiya firması: 114.3 kv.m əmlak kompleksi - 80 000 manat; - Sabirabad rayonu, Qaratəpə kəndi: 136 kv.m qeyri-yaşayış binası - 23 500 manat; - Salyan rayonu, Qarabağlı kəndi: 1.54 ha torpaq sahəsi - 4 000 manat; - Gəncə şəhəri, "Tek Yapı" MMC: əmlak kompleksi - 850 000 manat; - Hacıqabul rayonu, Meyniman kəndi: 4.7825 ha torpaq sahəsi - 10 000 manat; - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi: 0.1 ha torpaq sahəsi - 25 000 manat; - Sabirabad rayonu, Qaragüney kəndi: 2.35 ha torpaq sahəsi - 5 420 manat.
Mənbə oxu.az

Oxşar Xəbərlər