Dünya

Gümrü meriyasının iki əməkdaşı barədə həbs qərarı çıxarılıb

08 Dec 2025, 13:44 1 baxış
Gümrü meriyasının iki əməkdaşı barədə həbs qərarı çıxarılıb
Ermənistanın Gümrü meriyasının iki məmuru barəsində həbs-qətimkan tədbiri seçilib. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, şəhər merinin müşaviri Karapet Qukasyan həbs edilib, kommunal xidmətlər şöbəsinin rəhbəri Artyom Mkrtçyan barəsində ev dustaqlığı qərarı çıxarılıb. Hər iki şəxs ötən həftə baş verən kütləvi iğtişaşlarla əlaqədar saxlanılmışdı. Xatırladaq ki, oktyabrın 21-də rüşvətxorluqda ittiham olunan Gümrü şəhərin meri Vardan Qukasyan da iki ay müddətinə həbs edilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər