Dünya

Çin Yaponiyanı özünə təhlükə hesab edir

08 Dec 2025, 12:36 1 baxış
Çin Yaponiyanı özünə təhlükə hesab edir
Yaponiya silahlı qüvvələri müntəzəm şəkildə rəsmi Pekinin təhlükəsizliyini təhdid edən addım atır. Oxu.Az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Tokio Çin tərəfinin ünvanına məsuliyyətsiz ittihamlar yağdırmaqla faktları təhrif etməyə çalışır. "Faktlar isə açıq-aşkar ortadadır: tez-tez qeydə alınan kəşfiyyat uçuşları və Çinin müntəzəm hərbi əməliyyatlarının keçirildiyi yerlərə yaxınlaşan Yaponiya qırıcılarının müdaxiləsi ölkəmizin suda və quruda təhlükəsizliyinə ciddi təhdiddir", - deyə Çin xarici siyasət idarəsinin bəyanatında bildirilib. Açıqlamada qeyd olunub ki, Tokio qəsdən faktları təhrif edir və bir müddət əvvəl "radar tətbiq olunması" ilə bağlı hadisənin məsuliyyətini Pekinin üzərinə atmağa cəhd göstərir. Bəyanatda Çinin baş verənlərə ciddi etiraz etdiyi bildirilir və Yaponiyanın təhlükəli addımlara dərhal son verməsi tələb olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər