Dünya
Günəşdə ən yüksək dərəcəli partlayış baş verib
Bu gün səhər saatlarında günəşdə ən yüksəksəviyyəli - X dərəcəli partlayış qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, partlayış 15 dəqiqə davam edib. Bundan əvvəl, dekabrın 8-nə keçən gecə Günəşdə iki ədəd M sinifli partlayış qeydə alınıb. Qeyd edək ki, Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Bu şüaların yaratdığı radiasiya buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.
Mənbə
oxu.az