Dünya

"Ukrainskaya Pravda": Yermakın istefasında Sviridenkonun əli olub

08 Dec 2025, 11:40 1 baxış
"Ukrainskaya Pravda": Yermakın istefasında Sviridenkonun əli olub
Ukraynanın Baş naziri Yuliya Sviridenko Prezident ofisinin rəhbəri Andrey Yermakın istefasını istəyən siyasətçilərin arasında olub. Oxu.Az xəbər verir ki, məlumatı "Ukrainskaya Pravda" yayıb. Nəşrin yazdığına görə, son vaxtlaradək Yermakın adamı kimi tanınmış Y.Sviridenko Ali Radanın spikeri Ruslan Stefançukla birgə hakim Xalqın Xidmətçisi Partiyasının aparıcı təmsilçiləri ilə gizli görüşüb. Görüşdə ofis rəhbərinin istefasına nail olmaq yolları müzakirə edilib. Məxfi toplantı R.Stefançukun kabinetində keçirilib, sonra iştirakçılar Ukrayna Prezidenti V.Zelenskiyə zəng vurublar. "Həmin vaxt Yermakın artıq komanda üzvlərinin hamısı ilə problemləri yaranmışdı... Buna görə də hamı yığıldı və sözləşdilər ki, Zelenskiyə zəng vurub ona birbaşa desinlər: "Andrey Yermakı vəzifədən uzaqlaşdırmaq lazımdır". Biz növbə ilə Zelenskiyə niyə belə düşündüyümüzü izah etdik. Hər şeyi danışdıq. Parlamentin və hökumətin rəhbərliyi, partiya liderləri burada idilər. Zelenski artıq bütün bunları görməzlikdən gələ bilməzdi", - deyə məxfi görüşün iştirakçılarından biri bildirib. Nəşr yazır ki, A.Yermak məsələdən xəbər tutduqdan sonra mesencerlərdə görüş iştirakçılarının bəzilərini "blok edib" və mesajlara cavab verməyib. Nəşrin məlumatında o da qeyd olunur ki, A.Yermakın istefasından sonra Y.Sviridenkonun nüfuzu xeyli artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər