Dünya
Tramp Zelenskinin ABŞ-nin Ukrayna planını oxumamasından məyus oldu
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidentinin onu məyus etdiyini bildirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında danışıb. O qeyd edib ki, Ukrayna rəhbəri Volodimir Zelenskinin ABŞ Administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı sülh razılaşması layihəsini hələ də oxumamasına təəssüflənir. "Deməliyəm ki, Zelenskinin bizim təklifləri hələ də oxumamasından məyusam", - deyə o vurğulayıb. D.Tramp onu da əlavə edib ki, Ukrayna prezidentinin ətrafı ABŞ rəhbərliyinin irəli sürdüyü layihədən çox razıdır, Zelenski isə hələlik detallarla tanış olmadığından, "ona kiminsə izahat verməsi lazım gələcək". Xatırladaq ki, ötən ay Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı 28 bəndlik layihə irəli sürüb.
Mənbə
oxu.az