Dünya
Kamçatkada güclü zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsi yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən, təxminən, 211 kilometr məsafədə olub. Zəlzələnin ocağı 15.4 km dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi yaranmayıb.
Mənbə
oxu.az