Dünya

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

08 Dec 2025, 10:00 1 baxış
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclas keçirəcək. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə dekabrda BMT-yə sədrlik funksiyasını icra edən Sloveniyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iclasın yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 19:00-da - red.) başlaması planlaşdırılır. İclasın keçirilməsi üçün Sloveniya, eləcə də Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası tərəfindən milli səviyyədə müraciət edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər