Dünya

Litvada Yeni ilin rəmzi yox ola bilər

08 Dec 2025, 08:52 1 baxış
Litvada Yeni ilin rəmzi yox ola bilər
Küknar ağacı Yeni il bayramı və qış tətillərinin ayrılmaz bir hissəsidir. O hər il iş otaqlarını və evləri bəzəyir. Lakin Litvada bayramın bu rəmzi tədricən yox ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litva ictimai media holdinqi tərəfindən rəyi soruşulan mütəxəssislər iqlim dəyişikliyinin ölkədəki küknar ağaclarının mövcudluğunu təhdid etdiyi barədə xəbərdarlıq ediblər. Klimatoloqlar qeyd ediblər ki, iqlim dəyişikliyinə görə ölkədə küknar ağaclarının vəziyyəti pisləşir, onların azalması və çürüməsi müşahidə olunur. Belə ki, torpaqlar daha tez isinir və quruyur ki, bu da ağacları məhvə məhkum edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər