Dünya

Çində 200 milyon illik dinozavr izləri aşkarlandı

08 Dec 2025, 06:31 1 baxış
Çində 200 milyon illik dinozavr izləri aşkarlandı
Paleontoloqlar Çinin cənub-qərbində təxminən 200 milyon il əvvələ aid dinozavr izləri aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "China Daily" məlumat yayıb. Məlumata görə, alimlər Siçuan əyalətindəki qaya divarında 20-dən çox dinozavr izi tapıblar. Mütəxəssislər bu kəşfin dinozavrların erkən təkamülünə işıq sala biləcəyinə inanırlar. Tədqiqatçılar həmçinin izlərin yaxınlığında daşlaşmış ağac parçaları aşkar ediblər ki, bu da təxminən 200 milyon il əvvəl yerli ekosistemin təbiəti haqqında təsəvvür yaradır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər