Dünya

Kilauea vulkanında NADİR HADİSƏ

08 Dec 2025, 05:01 1 baxış
Kilauea vulkanında NADİR HADİSƏ
Havay adalarındakı Kilauea vulkanı üç lava fontanı püskürüb ki, bu da son dərəcə nadir hadisə hesab olunur. Oxu.Az bu barədə ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir. Kilauea Yer kürəsində ən aktiv vulkanlardan biri, həmçinin Havay adalarında ən böyüklərindən sayılır "Üç krater fontan püskürdü. Cənub kraterinin fəvvarələrinin hündürlüyü təxminən 370 metr, şimal kraterlərinin fontanlarının hündürlüyü isə 150 metrdir", - deyə məlumatda bildirilir Ekspertlər əlavə ediblər ki, cənub krateri üstün olmamışdan əvvəl təxminən eyni hündürlükdə - 150 metr olan üç fontan müşahidə olunub. Belə üçlü fəvvarə son dərəcə nadir haldır və bu püskürmə zamanı ilk dəfə müşahidə olunub.
Kilauea vulkanında NADİR HADİSƏ
Mənbə oxu.az

Oxşar Xəbərlər