Dünya

"Gələcəyə Qayıdış" filmindəki məşhur avtomobil 30 il qarajda qalıb

08 Dec 2025, 04:01 1 baxış
"Gələcəyə Qayıdış" filmindəki məşhur avtomobil 30 il qarajda qalıb
ABŞ-də baxımsız qalan məşhur "DeLorean DMC-12" idman avtomobili tapılıb. Oxu.Az "WD Detailing"ə istinadən xəbər verir ki, "Gələcəyə Qayıdış" filmindəki məşhur avtomobil 1990-cı illərin ortalarından bəri qarajda saxlanılıb. Minnesota ştatında tapılan nadir avtomobilin sahibi var. Amerikalı qadın bildirib ki, mərhum əri avtomobil kolleksiyaçısı olub. Kişi bir neçə "Ferrari" avtomobilinə sahib olub və 1990-cı illərin əvvəllərində "DeLorean DMC-12"ni almaq qərarına gəlib. Mərhumun oğlu idman avtomobilinin Kaliforniyada alındığını və alışdan dərhal sonra atası ilə birlikdə onu Minnesotaya sürdüyünü bildirib. Avtomobilin yürüşü cəmi 33.500 km-dir. Kupe 2,9 litrlik, 130 at gücündə V6 mühərriki və 5 pilləli mexaniki transmissiya ilə təchiz olunub. Nəqliyyat vasitəsi 0-dan 100 km/saat sürətə 10,5 saniyədə çatır və maksimal sürəti 201 km/saat-dır.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər