Dünya

Tokionun 18 min sakini ölümlə üz-üzədir

08 Dec 2025, 01:48 1 baxış
Tokionun 18 min sakini ölümlə üz-üzədir
Növbəti bir neçə onillik ərzində Tokio və ətraf ərazilərdə baş verəcək güclü zəlzələ 18 mindən çox insanın ölümünə və 83 trilyon yen (535 milyard dollar) iqtisadi itkiyə səbəb ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb. Məlumata görə, bu rəqəmlər yeni açıqlanan hökumət hesabatında yer alır. Bildirilir ki, təbii fəlakət zamanı təxminən 400.000 bina dağıdıla, 8,4 milyon insan isə köməksiz qala bilər. Proqnoz şəhər ərazisində baş verən 7,3 bal gücündə zəlzələyə əsaslanır. Hökumət binaların zəlzələlərə davamlılığını artırmaqla bu itkiləri azalmağa çalışır.
Mənbə oxu.az

Oxşar Xəbərlər