Dünya
Almaniya kansleri polisə 4999 şikayət ərizəsi verib
Almaniyanın Xristian Demokrat İttifaqının sədri, ölkə Kansleri Fridrix Merts 2021-ci ildən bəri ona qarşı onlayn təhqirlərlə bağlı ümumilikdə 4999 şikayət ərizəsi təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə "Welt am Sonntag" istintaq materiallarına istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, Merts Federal Respublika tarixinin ən həssas siyasətçilərindən biridir. Məlumata görə, bəzi insanlar onu "kiçik nasist" və "çirkli sərxoş" adlandırdıqdan sonra kansler hüquq-mühafizə orqanlarına şikayət edib. Bəzi hallarda Mertsin tənqidçilərinin evlərində axtarışlar aparılıb.
Mənbə
oxu.az