İqtisadiyyat

Mikayıl Cabbarov "Asienbrücke" Assosiasiyasının prezidenti ilə onlayn görüş keçirib

06 Dec 2025, 10:10 1 baxış
Mikayıl Cabbarov "Asienbrücke" Assosiasiyasının prezidenti ilə onlayn görüş keçirib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Asienbrücke" Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri Andreas Şoyerlə onlayn görüş keçirib. Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib. "Asienbrücke" Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri cənab Andreas Şoyer ilə videokonfrans formatında keçirdiyimiz görüşdə regional əməkdaşlığın təşviqi və biznes əlaqələrinin gücləndirilməsi, investisiya, enerji, logistika, tranzit və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - paylaşımda bildirilib.
Mikayıl Cabbarov "Asienbrücke" Assosiasiyasının prezidenti ilə onlayn görüş keçirib
Mənbə oxu.az

Oxşar Xəbərlər