İqtisadiyyat

SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək

05 Dec 2025, 13:34 1 baxış
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq. Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalayıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər