İqtisadiyyat

Beyləqanda yol təmiri tenderinin qalibi yenə eyni şirkət oldu

05 Dec 2025, 10:40 1 baxış
Beyləqanda yol təmiri tenderinin qalibi yenə eyni şirkət oldu
Beyləqan Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderdə "Proqress İnşaat EN" MMC qalib olub. Oxu.Az xəbər verir ki, tenderin məbləği 333 min 308.65 manat təşkil edir. Satınalma Zakir Həşimov (Qaçaq Nəbi) küçəsində qazıntı işləri, özüboşaldan avtomobillərlə daşınma, quyuların qapaqlarının tənzimlənməsi və s. smeta işlərini əhatə edir. 17.12.2024-cü ildə Beyləqan Rayon İcra Hakimiyyətinin keçirdiyi digər tenderdə də eyni şirkət - "Proqress İnşaat EN" MMC - qalib olub və işlərin dəyəri 110 min 592 manat təşkil edib. Rəsmi məlumatlara görə, "Proqress İnşaat EN" MMC 29.11.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hazırkı hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14, nizamnamə kapitalı 1000 AZN, qanuni təmsilçisi isə Kamran Zülfəli oğlu Abuzərovdur. 16.04.2025-ci il tarixində şirkətin reyestr məlumatlarında dəyişiklik aparılıb. Son dəyişiklikdən əvvəl şirkətin hüquqi ünvanı Xətai rayonu, Pivə zavodu, ev 24/6, qanuni təmsilçisi isə Nazim Əli oğlu İslamov, 07.07.2022-ci ilədək isə şirkətin qanuni təmsilçisi Eldar Bəhlul oğlu Şirinov olub. Şirkət 2023-cü ildən bu günə qədər 61 tenderdə qalib gəlib. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər