İqtisadiyyat

Zəngəzur dəhlizi ilə bağlı Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb

05 Dec 2025, 10:52 1 baxış
Zəngəzur dəhlizi ilə bağlı Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb
"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulmasına başlayıb". Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib. "Zəngəzur dəhlizinin Naxçıvan hissəsini təşkil edən dəmir yollarının ümumi uzunluğu 188 kilometrdir. Bununla bağlı layihələndirmə işləri artıq başa çatıb. Yeni dəmir yollarının inşasının nə vaxt bitəcəyi isə bilinmir. Çünki onun bir çox komponentləri var", - deyə sədr qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər