Digər

ABŞ Oman körfəzində ticarət gəmisinə zərbə endirdi

28 Nov 2026, 01:04 4 baxış
ABŞ Oman körfəzində ticarət gəmisinə zərbə endirdi

ABŞ ordu qüvvələri Oman körfəzində ticarət gəmisinə zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.


“Noyabrın 26-da Oman körfəzində ABŞ-ın dəniz blokadasını yarmağa cəhd göstərən gəmi sıradan çıxarılıb. ABŞ hərbi gəmisi Palau bayrağı altında üzən “Pacific Archer” gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli döyüş sursatı ilə zərbə endirib”, - deyə bildirilib.


Qeyd olunub ki, gəmi Bəndər-Abbas limanından çıxdıqdan sonra regional suları keçməyə cəhd göstərib.

Mənbə axar.az

Oxşar Xəbərlər