Dünya
Nyu-Yorkda Şükran Günündə rekord miqdarda yağıntı qeydə alındı - Video
ABŞ-nin Nyu-York şəhərinin Mərkəzi Parkında Şükran Günü ilə bağlı müşahidələr tarixində rekord miqdarda yağıntı qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.
"Mərkəzi Parkda 4,62 sm yağış yağıb. Bu, meteoroloji stansiyada müşahidələrin aparıldığı bütün dövr ərzində ən yağışlı Şükran Günü olub", - deyə meteoroloqların "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. Qeyd olunur ki, əvvəlki rekord 20 il əvvəl, 2006-cı il oktyabrın 23-də qeydə alınıb. Həmin gün Mərkəzi Parkda 4.37 sm yağıntı düşmüşdü. ABŞ-də bu il noyabrın 26-da qeyd olunan Şükran Günündə ölkənin şərq hissəsində leysan yağışları və güclü küləklə müşayiət olunan fırtına olub. Küləyin sürəti saniyədə 29 metrə çatıb.

Mənbə
oxu.az