Dünya

Bryus Uillisin məşhur tapançası hərraca çıxarılır - Foto

28 Nov 2026, 04:02 5 baxış
Bryus Uillisin məşhur tapançası hərraca çıxarılır - Foto
"Məğlubedilməz" ("Die Hard") filminin ilk hissəsində aktyor Bryus Uillisin canlandırdığı Con Makleyn obrazının istifadə etdiyi "Beretta 92F" tapançası ABŞ-də hərraca çıxarılacaq. Oxu.Az xəbər verir ki, "Rock Island Auction Company" hərrac evinin saytında yerləşdirilən məlumata görə, lotun ilkin qiyməti 75-150 min dollar arasında qiymətləndirilir. 1988-ci ildə çəkilən filmdə istifadə olunmuş tapança dekabrın 4-6-da Texas ştatının Bedford şəhərində keçiriləcək hərracda satışa çıxarılacaq. Hərrac evinin prezidenti Kevin Hoqan bildirib ki, kino rekvizitləri tamaşaçıları filmlər və onların qəhrəmanları ilə xüsusi şəkildə əlaqələndirir. Onun sözlərinə görə, bu tapança kino tarixində özünəməxsus yer tutur.
Bryus Uillisin məşhur tapançası hərraca çıxarılır - Foto Bryus Uillisin məşhur tapançası hərraca çıxarılır - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər