Digər

Türkiyədə 10 uşaq və 3 bələdçinin olduğu maşın yoxa çıxdı

28 Nov 2026, 01:27 4 baxış
Türkiyədə 10 uşaq və 3 bələdçinin olduğu maşın yoxa çıxdı

Türkiyənin Bolu vilayətində 10 uşaq və 3 bələdçinin olduğu avtomobillə əlaqə kəsilib. Bölgədə axtarış-xilasetmə tədbirləri görülür.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, 14-17 yaş arası qız uşaqları və 3 bələdçinin iştirakı ilə birgünlük təbiət gəzintisi təşkil edilib.


Səyahətdən qayıdan zaman avtomobillə əlaqə kəsilib. Avtomobildən son GPS siqnalı Yedigöller Kapankaya ərazisindən alınıb.


Müvafiq qurumlar dronlarla axtarışları davam etdirir.

Mənbə axar.az

Oxşar Xəbərlər