Dünya
Bakıda yeni vakansiya elan edildi: Əməkhaqqı 66 min manatdan çoxdur
Beynəlxalq Əmək Təşkilatı (BƏK) Bakıda yüksək əməkhaqqı ilə yeni vakansiya elan edib. Oxu.Az-ın xəbərinə görə, müvafiq iş barədə elan təşkilatın rəsmi saytında dərc olunub. Bildirilir ki, təşkilatın Avropa və Mərkəzi Asiya departamenti tərəfindən açılan "Layihənin baş administrativ köməkçisi" işi üzrə müddət 1 fevral 2027-ci il tarixindən başlayaraq 16 həftə/ay təşkil edəcək. "Azərbaycan və Qazaxıstanda effektiv sosial dialoq vasitəsilə əmək sağlamlığı və təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi" adlı layihə çərçivəsində elan edilən bu vəzifə üçün başlanğıc əməkhaqqı isə ildə 66 181 manat təşkil edir. Layihənin Azərbaycanın Bakı şəhərində olacaq baş administrativ köməkçisi (G6 sinfi) RBSA proqramı çərçivəsində planlaşdırılan tədbirlərin fasiləsiz və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün gündəlik administrativ (inzibati), operativ (əməliyyat) və logistik dəstək göstərəcək.
Mənbə
oxu.az