Cəmiyyət

Mürsəl İbrahimov yeni rəis təyin etdi

27 Nov 2026, 13:44 2 baxış
Mürsəl İbrahimov yeni rəis təyin etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib.


Axar.az Yurd.Media-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin edilib.


O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.

Mənbə axar.az

Oxşar Xəbərlər