Digər

Estoniyalı nazir: "Azərbaycanla viza rejiminin sadələşməsini istərdik"

27 Nov 2026, 13:40 1 baxış
Estoniyalı nazir: "Azərbaycanla viza rejiminin sadələşməsini istərdik"
"Müharibəni dayandırmaqla bağlı Azərbaycandan öyrənəcəyimiz çox şey var". Oxu.Az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib. Nazir bildirib ki, Estoniya Avropa İttifaqının (Aİ) aktiv üzvlərindən biridir: "Aİ Azərbaycanla xüsusən ticarət, enerji sahələrində uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Azərbaycanla viza rejiminin sadələşməsini istərdik, hər iki ölkə vətəndaşları qarşılıqlı səfərlər etsinlər, tələbələrin sayı artsın".
Mənbə oxu.az

Oxşar Xəbərlər